UNEC-in məzunu, Vətən müharibəsi şəhidi Məhəmməd Qarayevin ailəsi UNEC-də olub

İyulun 4-də UNEC-in məzunu, Vətən müharibəsi şəhidi Qarayev Məhəmmədin ailəsi UNEC-də olub. Şəhidin ailəsi Biznes və Menecment fakültəsinin dekanı dos. Mirağa Əhmədov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyevlə birlikdə UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksini ziyarət ediblər. Məhəmməd Qarayev 2018-2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və Menecment fakültəsində təhsil alıb. Məzun …

İstanbul Aydın Universitetində “Delightful Istanbul 2023 Summer School” Yay Məktəbi keçiriləcək

Türkiyənin İstanbul Aydın Universitetində “Delightful Istanbul 2023 Summer School” Yay məktəbi keçiriləcək. Yay məktəbinin müddəti: 22 iyul-5 avqust. Ödəniş: 850 ABŞ dolları.  Müraciət və ətraflı məlumat üçün: https://delightful.istanbul/   Müraciət edən tələbələr UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici əlaqələr şöbəsinin rəsmi e-ünvanına ([email protected]) qeydiyyatın tamamlandığına dair rəsmi bildirişin surətini göndərməlidirlər. 

UNEC-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC Şahmat klubunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib. 64 nəfər tələbə arasında qalibiyyət uğurunda keçirilən mübarizədə ilk üç yerin sahibi müəyyənləşib. Qaliblər aşağıdakı kimidir: I yer- Zaur Həsənov –(Mühəndislik fakültəsi) II yer- Mətin Mürsəlli-(SABAH Mərkəzi) III yer – İsmayıl Ağayev- …

UNEC-in 10 tələbəsi Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramının məzunu oldu

UNEC-in 10 tələbəsi Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramını uğurla bitirərək məzun oldu. Məzunlar Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE), SABAH qrupları, Rus İqtisad Məktəbi, Maliyyə və Mühasibat, Biznes və Menecment fakültələrinin tələbələridir. 3-cü kursu Montpellier Universitetində oxuyan tələbələr, 4-cü kursdan təhsillərini UNEC-də davam edəcəklər. Tələbələr məzun olduqda UNEC-lə yanaşı, Montpellier Universitetinin diplomunu da əldə edəcəklər. …

Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramına qəbul başladı!

2024/2025-ci tədris ili üzrə UNEC-in Maliyyə, Mühasibat, İqtisadiyyat və Biznesin idarəolunması ixtisasları üzrə tələbələri üçün Fransanın Montpellier Universiteti ilə həyata keçirilən ikili diplom proqramına qeydiyyata start verilib. Proqrama qəbul olan tələbələr 3-cü kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Fransada oxuduqları müddətdə tələbələrimizə Montpellier Universitetinin tələbə kartları veriləcək. Kursun sonunda tələb olunan kreditləri qazanan tələbələr 4-cü …